AMGK

 

Azərbaycan Milli Geofizika Komitəsi

Ana səhifə          Tədbirlər            Büro üzvləri       AMGK üzvləri     Əlaqə
                                                          Az  En

    

 

    Mayın 29-da Geofizika və Geologiya İdarəsinin akt zalında Azərbaycan Milli Geofizika Komitəsinin (AMGK) hesabat-seçki iclası keçirilmişdir.  80 nəfərə qədər AMGK üzvləri və qonaqların iştirakı ilə keçirilən bu iclasda AMGK fəaliyyətinin hesabatı dinlənilmişdir (dr.Ş.Köçərli).  Hesabatla ələqədar çıxış edənlər - Azərbaycan Neftçi Geoloqlar Cəmiyyəti adından g.m.-e.d., professor A.Narimanov, Geofizika ETİ-nin laboratoriya müdiri g.m.e.d. Y.Qənbərov və başqaları AMGK-nın fəaliyyətini müsbət  qiymətləndirmiş və təəssüflə son illər Komitənin fəaliyyətinin bir qədər zəiflədiyini qeyd etmişdir.

 

 

       Çıxış edənlər Komitənin işinin daha fəal aparılmasını, Neftçi Geoloqlar Cəmiyyəti ilə sıx əlaqələrin qurulmasını, xarici geofiziki cəmiyyətlərlə əlaqələrin daha da genişlənməsini tövsiyyə etmişlər. GGİ-nin rəis müavini, SEG-nin Azərbaycandakı nümayəndəsi PhD Y.Şıxəliyevin sədrlik etdiyi iclasın gündəliyində duran ikinci məsələ - AMGK-nın yeni Büro üzvlərinin seçilməsi oldu. Yeni seçilmiş Büro üzvləri ilk iclaslarında AMGK-nın prezidenti və vitse-prezidentlərini seçdilər.

 

 

     GGİ-nin rəisi Vaqif Abdullayev AMGK-nın Prezidenti, Geologiya institutunun laboratoriya müdiri, f.r.e.d., AMEA-nın müxbir üzvü Hətəm Quliyev-Vitse Prezident, GGİ Kəşfiyyatgeofizika İdarəsinin rəisi, g.m.-e.d. Namaz Yusubov -Vitse Prezident, ADNA-nın kafedra müdiri, g.m.-e.d., AMEA-nın müxbir üzvü Pərviz Məmmədov–Vitse Prezident seçilmişlər.

 

 

        Vaqif Abdullayev AMGK-nın yeni tərkibinin ilk Büro iclasındakı çıxışında Neftçi Geoloqlar Cəmiyyətinin fəaliyyəti ilə artıq yaxından tanış olduğunu bildirərək, bu fəaliyyətdən bəhrənləməyin, AMGK tərəfindən gələcəkdə konfranslar, simpoziumlar keçirməyin, yalnız  “Azərbaycanda Geofizika Yenilikləri” jurnalının çapı ilə kifayətlənməyib, yeni bülleten və kitabların çap etdirməyin, beynəlxalq geofiziki cəmiyyətlərlə sıx əməkdaşlıq etməyin və eləcə də gənc mütəxəssislərlə aparılan işlərin gücləndirilməyin zəruriliyini qeyd etdi.

 

 

 

 

 

KONFRANS 2017.

 

 

 


 

 

 

 

 

 

 

1-3 noyabr 2017-ci il tarixində Azərbaycan Milli Geofizika Komitəsi - Kəşfiyyatçı Geofiziklər Cəmiyyəti (AMGK-SEG) və Neft  Mühəndisləri Cəmiyyəti (SPE) birgə beynəlxalq konfrans keçirməyi planlaşdırırlar. X Azərbaycan Beynəlxalq Geofizika Konfransı “Cənubi Xəzər və oxşar çökəkliklərin karbohidrogen potensialının geofiziki tədqiqatlarla qiymətləndirilməsi” mövzusunda keçiriləcəkdir.

 

 

 

 

 

 

 

Ana səhifə    |    Tədbirlər    |    Büro üzvləri    |    AMGK üzvləri    |    Bizimlə əlaqə

© 2009 Azərbaycan Milli Geofizika Komitəsi. All rights reserved. Design by Akhmedzadeh E.M.