AMGK

 

Azərbaycan Milli Geofizika Komitəsi

Ana səhifə          Tədbirlər            Büro üzvləri       AMGK üzvləri     Əlaqə
                                                          Az  En

    

17 mart 2016-cı il tarixində AMGK-nin növbəti hesabat-seçki iclası keçirilmişdir. İclası AMGK-nin prezidenti V.A.Abdullayev açdı. O, son 6 il ərzində AMGK-nin gördüyü işlərdən qısaca danışdı və iclası aparmaq üçün AMGK Büro üzvü Y.Şıxəliyevi sədr seçməyi təklif etdi. İclasın sədri iclasın gündəliyini elan etdi: AMGK-nin son 6 illik fəaliyyəti və yeni rəhbərliyin seçilməsi. Birinci məsələ ilə əlaqədar AMGK-nin büro üzvü Ş.S.Köçərli məruzə etdi və aşağıdakıları bildirdi:

“Təsdiq edilmiş nizamnaməyə uyğun olaraq komitənin əsas vəzifəsi Üst qabığı və litosferdə gedən geodinamik proseslərin geofiziki və geoloji üsullarla öyrənilməsindən, yer təkində mineral-enerji resurslarının proqnozundan, faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatının səmərəli metodikasının hazırlanmasından, Azərbaycan geofizikasının Beynəlxalq geofiziki cəmiyyətdə inteqrasiyasını təmin etməkdən, müxtəlif xarakterli tədqiqat işlərinin aparılmasından, beynəlxalq və respublika səviyyəli konfrans, simposium və seminarların və s. təşkilindən ibarət olmuşdur.

AMGK-nin fəaliyyəti çərçivəsində vacib istiqamətlərdən biri – artıq ənənə şəklini almış Azərbaycan Beynəlxalq geofizika konfranslarının keçirilməsi olmuşdur. İki və ya üç ildən bir keçirilən bu konfranslarda neft və qaz geologiyası və geofizikasının aktual problemləri, tematik və regional xarakterli məsələlər müzakirə edilmişdir. Amerikanın kəşfiyyatçı geofiziklər (SEG) cəmiyyətinin və Rusiyanın “AİS” assosiyasının qatıldığı bu konfranslarda Azərbaycan və dünyanın onlarla ölkələrinin alim və mütəxəssisləri iştirak etmiş, çoxsaylı məruzələr və çıxışlar dinlənilmiş, gələcəkdə görüləcək işlər barədə müvafiq tövsiyyələr hazırlanmışdır.

Hesabat dövründə 3 belə konfrans keçirilmişdir. “Cənubi Xəzər çökəkliyi timsalında aktiv geodinamik şəraitdə geofiziki tədqiqatların səmərəliliyinin artırılması yolları” adlı VII konfrans 11-13 may 2010-cu ildə keçirilmişdir, 80-ə yaxın məruzə dinlənilmiş, canlı müzakirələr əsasında gələcəkdə görüləcək işlər barəsində tövsiyyələr hazırlanmışdır.

2012-cı ilin oktyabr ayının 3-5-də keçirilmiş VIII Bəynəlxalq Konfransın “Karbohidrogen resurslarının aşkarlanmasına kompleks yanaşma” mövzusu da maraqlı olmuş və tədbir geniş dinləyicilər auditoriyası toplamışdır. Konfransın işində 20 ölkənn 40-dan çox şirkətinin nümayəndələri iştirak etmiş, 90-dan artıq məruzə dinlənilmişdir.

2015-ci ilin 4-6 noyabr tarixində AMGK-nin ənənəvi IX Beynəlxalq Konfransı keçirilmişdir. Konfrans Neft Mühəndisləri cəmiyyəti (SPE) ilə birlikdə Amerikanın kəşfiyyatçı geofizikləri cəmiyyətinin (SEG) dəstəyi ilə baş tutmuşdur. “Mürəkkəb quruluşlu neftli-qazlı regionların öyrənilməsində geofiziki tədqiqatların kompleksləşdirilməsi” mövzusunda keçirilən bu konfransda 26 məruzə dinlənilmiş, geniş müzakirələr aparılmışdır. Geofiziki işlərin mahiyyətcə elmi-tədqiqatlar xarakterli olması AMGK-nin daim diqqət mərkəzində olmuşdur. Beynəlxalq geofiziki konfranslarla yanaşı AMGK tərəfindən müxtəlif xarakterli seminar və görüşlər də keçirilmiş, fikir mübadiləsi edilmiş, gələcəkdə görüləcək işlərin proqramı cızılmışdır”.

Suallar cavablandırıldıqdan sonra geofizika sahəsində çalışan bir sıra mütəxəssislər çıxış etdilər:  T.Əhmədov,  M.Bağırov, R.Rəhmənov.

İclas Milli Komitənin hesabatının qəbul edilməsi və fəaliyyətin qənaətbəxş hesab edilməsini qərara aldı. AMGK-nin hüquqi ünvanı və fəaliyyətində olan bəzi dəyişikliklərlə əlaqədar, komitənin yeni nizamnaməsinin hazırlanması zəruri hesab edildi.

Sonra səsvermə yolu ilə Milli Komitənin büro üzvləri və rəhbərliyi seçildi: g.-m.e.d. Ş.S.Köçərli – AMGK-nin Səlahiyyətli Nümayəndəsi; büro üzvləri Y.A.Şıxəliyev və N.P.Yusubov müavin seçildilər.

İclas iştirakçıları 2016-cı il üçün yeni Tədbirlər Planının hazırlanmasını AMGK-nin Səlahiyyətli  Nümayəndəsi Ş.S.Köçərliyə həvalə etdilər.

                               

 

 

KONFRANS 2017.

 

 

 


 

 

 

 

 

 

 

1-3 noyabr 2017-ci il tarixində Azərbaycan Milli Geofizika Komitəsi - Kəşfiyyatçı Geofiziklər Cəmiyyəti (AMGK-SEG) və Neft  Mühəndisləri Cəmiyyəti (SPE) birgə beynəlxalq konfrans keçirməyi planlaşdırırlar. X Azərbaycan Beynəlxalq Geofizika Konfransı “Cənubi Xəzər və oxşar çökəkliklərin karbohidrogen potensialının geofiziki tədqiqatlarla qiymətləndirilməsi” mövzusunda keçiriləcəkdir.

 

 

 

 

 

 

 

Ana səhifə    |    Tədbirlər    |    Büro üzvləri    |    AMGK üzvləri    |    Bizimlə əlaqə

© 2009 Azərbaycan Milli Geofizika Komitəsi. All rights reserved. Design by Akhmedzadeh E.M.