AMGK

 

Azərbaycan Milli Geofizika Komitəsi

Ana səhifə          Tədbirlər            Büro üzvləri       AMGK üzvləri     Əlaqə
                                                          Az  En

    

             

Yusif Ataman oğlu Şıxəliyev

15 mart 1952 12 sentyabr 2017

 

21 oktyabr 2017-ci il tarixində Azərbaycan Milli Geofizika Komitəsi İB-in sədr müavini və AMGK Bürosunun fəal üzvü Yusif Ataman oğlu Şıxəliyevin dünyasını dəyişdiyi gündən 40 gün ötdü.

 

Fizika-riyaziyyat elmləri namizədi  Yusif Şıxəliyev son illərdə SOCAR-ın Geofizika və Geologiya İdarəsi rəisinin müşaviri, Azərbaycanda Geofizika Yenilikləri jurnalının baş redaktoru, Amerika Kəşfiyyatçı-Geofiziklər Cəmiyyətinin (SEG) Azərbaycanda nümayəndəsi kimi çalışırdı.

 

Yusif Ataman oğlu Şıxəliyev 2017-ci il sentyabr ayının 12-də qəflətən vəfat edib.

 

Yusif  Şıxəliyev 1952-ci il mart ayının 15-də Lerik rayonunda ziyalı ailəsində anadan olub. Orta təhsilini bitirdikdən sonra o, indiki Bakı Dövlət Universitetində təhsilini müvəffəqiyyətlə davam etdrib və riyaziyyatçı ixtisasına yiyələnib. Ali təhsilini bitirdikən sonra Geofizika Elmi-Tədqiqat İnstitutunda əmək fəaliyyətinə başlayıb, mühəndislikdən laboratoriya müdiri vəzifəsinə qədər yüksəlib. Y.A.Şıxəliyev 1989-cu ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. Y.Şıxəliyevin bilavasitə iştirakı ilə institutda seysmik və quyu məlumatlarının kompleks interpretasiyasına əsaslanan REZAYR proqramlar paketi işlənib-hazırlanıb və tətbiq olunub. O, uzun müddət seysmik kəşfiyyat və QGT məlumatlarının kompleks emal və interpretasiyası ilə məşğul olub, onun bilavasitə iştirakı və rəhbərliyi altında Çıraq, Ümid, Babək , Şahdəniz, Abşeron, Zəfər-Məşəl və s. sahələrin geoloji quruluşu və litofasial xüsusiyyətləri dəqiqləşdirilib, çöküntülərin neftlilik-qazlılığı proqnozlaşdırılıb.

 

Y.Şıxəliyevin apardığı elmi-tədqiqat işlərinin nəticələri 40-a yaxın elmi-tədqiqat hesabatında, 120-dən artıq elmi məqalədə və beş patentdə öz əksini tapıb.

 

Y.Şıxəliyevin ABŞ-ın Yuta, Kolumbiya və Texas universitetləri, Fransanın Besip Elmi Mərkəzi ilə uzun müddətli əlaqələrinin, BP, Exxon-Mobil, Total, Schlumberger və digər aparıcı neft şirkətləri ilə sıx əməkdaşlığının Azərbaycan geofizikasının beynəlxalq aləmdə tanınmasında böyük rolu olub. O, beynəlxalq və respublika səviyyəli konfrans, seminar və sərgilərdə fəal iştirak edib və mükafatlara layiq görülüb. Elmi-istehsalat fəaliyyəti ilə yanaşı, o, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geofiziki kəşfiyyat üsulları kafedrasında pedagoji fəaliyyət göstərmiş, gənc geofizik-mütəxəssislərin formalaşdırılmasında bilik və bacarığını əsirgəməmişdir.

 

2009-cu ildə Y.Şıxəliyev Geofizika və Geologiya İdarəsinin geofizika və geologiya üzrə rəis müavini vəzifəsinə təyin edilmiş, 2017-ci ilin yanvar ayından etibarən Geofizika və Geologiya İdarəsi rəisinin müşaviri təyin olunmuşdu. Bu müddət ərzində İdarə üzrə illik iş planlarının formalaşmasında, yerinə yetirilməsində, İdarənin beynəlxalq əlaqələrinin genişləndirilməsində böyük rolu olub.

 

Y.Şıxəliyevin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, dəfələrlə SOCAR-ın Fəxri fərmanları ilə təltif olunub, 2015-ci ildə Tərəqqi medalına layiq görülüb.

 

Yusif Şıxəliyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

 

 

 

KONFRANS 2017.

 

 

 


 

 

 

 

 

 

 

1-3 noyabr 2017-ci il tarixində Azərbaycan Milli Geofizika Komitəsi - Kəşfiyyatçı Geofiziklər Cəmiyyəti (AMGK-SEG) və Neft  Mühəndisləri Cəmiyyəti (SPE) birgə beynəlxalq konfrans keçirməyi planlaşdırırlar. X Azərbaycan Beynəlxalq Geofizika Konfransı Cənubi Xəzər və oxşar çökəkliklərin karbohidrogen potensialının geofiziki tədqiqatlarla qiymətləndirilməsi mövzusunda keçiriləcəkdir.

 

 

 

 

 

 

 

Ana səhifə    |    Tədbirlər    |    Büro üzvləri    |    AMGK üzvləri    |    Bizimlə əlaqə

2009 Azərbaycan Milli Geofizika Komitəsi. All rights reserved. Design by Akhmedzadeh E.M.