AMGK

 

Azərbaycan Milli Geofizika Komitəsi

Ana səhifə          Tədbirlər            Büro üzvləri       AMGK üzvləri     Əlaqə
                                                          Az  En

    

 

 Azərbaycanda Geofizika Yenilikləri jurnalı

Azərbaycan Milli Geofizika Komitəsi tərəfindən təsis olunan Azərbaycanda Geofizika Yenilikləri elmi-texniki və informasiya jurnalı 1997-ci ildən nəşr olunur. Bu illər ərzində jurnalda Respublikamızın və xarici ölkə alim və mütəxəssislərinin geofiziki və geoloji tədqiqatlarının nəticələrinə həsr olunmuş onlarla məqalə və yazı dərc edilmiş, jurnal beynəlxalq nüfuz qazanmışdır. Redaksiya heyətinin yüksək peşəkarlığı, tələbkarlığı, gərgin əməyi və səyi nəticəsində neft geofizikası sahəsində maraqlı bir jurnal ərsəyə gəlmişdir.  Mündəricatdan sonra oxuculara jurnalda dərc olunan məqalələrin qısa xülasəsi təqdim olunur. Jurnalda dərc olunan məqalələrin və xülasələrin üç dildə - Azərbaycan, Rus və İngilis dillərində çap olunması onun əhatə dairəsini və oxucu auditoriyasını genişləndirərək dünyanın neft hasil edən ölkələrində tanınmasına imkan yaradır. Jurnalda həmçinin neft sənayesində baş verən maraqlı hadisələr, informasiya xarakterli yazılar, geofizikanın tarixinə aid,  məşhur geofizik və geoloqların həyatına həsr olunmuş məqalələr və yubiley təbrikləri də dərc edilir.

 

 

 

KONFRANS 2017.

 

 

 


 

 

 

 

 

 

 

1-3 noyabr 2017-ci il tarixində Azərbaycan Milli Geofizika Komitəsi - Kəşfiyyatçı Geofiziklər Cəmiyyəti (AMGK-SEG) və Neft  Mühəndisləri Cəmiyyəti (SPE) birgə beynəlxalq konfrans keçirməyi planlaşdırırlar. X Azərbaycan Beynəlxalq Geofizika Konfransı Cənubi Xəzər və oxşar çökəkliklərin karbohidrogen potensialının geofiziki tədqiqatlarla qiymətləndirilməsi mövzusunda keçiriləcəkdir.

 

 

 

 

 

 

 

 

Ana səhifə    |    Tədbirlər    |    Büro üzvləri    |    AMGK üzvləri    |    Bizimlə əlaqə

2009 Azərbaycan Milli Geofizika Komitəsi. All rights reserved. Design by Akhmedzadeh E.M.