AMGK

 

Azərbaycan Milli Geofizika Komitəsi

Ana səhifə          Tədbirlər            Büro üzvləri       AMGK üzvləri     Əlaqə
                                                          Az  En

    

 

           Hörmətli həmkarlar, 

 Azərbaycan Milli Geofizika Komitəsi - Kəşfiyyatçı Geofiziklər Cəmiyyəti (AMGK-SEG) və Neft  Mühəndisləri Cəmiyyəti (SPE) 1-3 noyabr 2017-ci il tarixində birgə beynəlxalq konfrans keçirməyi planlaşdırırlar. X Azərbaycan Beynəlxalq Geofizika Konfransı Cənubi Xəzər və oxşar çökəkliklərin karbohidrogen potensialının geofiziki tədqiqatlarla qiymətləndirilməsi mövzusunda keçiriləcəkdir.

Konfransın məqsədi geofiziki, geoloji, mühəndisi-geoloji, geodinamik və ekoloji tədqiqat məlumatlarının emalı, interpretasiyası və analizi sahəsindəki ən yeni nailiyyətlərin müzakirəsi və gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsidir.

Sizi və təşkilatınızın müvafiq mütəxəssislərini Konfransın işində iştirak etməyə dəvət edirik.

Konfransın rəsmi dilləri: azərbaycan, ingilis, rus.

Tezislər 30 iyul 2017-ci ilə kimi qəbul olunur.

Məruzələrin tezislərinin təqdim olunma şərtləri əlavə olunur. Tezislərin seçilməsi hüququ Təşkilat Komitəsinə həvalə edilir.

Tezisləri elektron variantda göndərmək üçün ünvan: Heyran Muradova heyran.muradova@socar.az və ya office.ggi@socar.az 

Əlavə məlumat üçün müraciət edin: Heyran Muradova   tel:  521 04 25,

                                                                                               e-mail: heyran.muradova@socar.az .

Konfrans haqqında yeni məlumatları  AMGK-nın rəsmi saytında www.amgk.az əldə edə bilərsiniz.

 

 

 

KONFRANS 2017.

 

 

 


 

 

 

 

 

 

 

1-3 noyabr 2017-ci il tarixində Azərbaycan Milli Geofizika Komitəsi - Kəşfiyyatçı Geofiziklər Cəmiyyəti (AMGK-SEG) və Neft  Mühəndisləri Cəmiyyəti (SPE) birgə beynəlxalq konfrans keçirməyi planlaşdırırlar. X Azərbaycan Beynəlxalq Geofizika Konfransı Cənubi Xəzər və oxşar çökəkliklərin karbohidrogen potensialının geofiziki tədqiqatlarla qiymətləndirilməsi mövzusunda keçiriləcəkdir.

 

 

 

 

 

 

 

 

 

Ana səhifə    |    Tədbirlər    |    Büro üzvləri    |    AMGK üzvləri    |    Bizimlə əlaqə

2009 Azərbaycan Milli Geofizika Komitəsi. All rights reserved. Design by Akhmedzadeh E.M.