BEYNƏLXALQ KONFRANS.

 

XƏZƏR DƏNİZİ VƏ OXŞAR ƏRAZİLƏRİN KARBOHİDROGEN POTENSİALININ ÖYRƏNİLMƏSİNDƏ GEOFİZİKİ TƏDQİQATLARIN ROLU .

(Bakı, 16-18 oktyabr 2019-cu il)

XI Azərbaycan Beynəlxalq Geofizika
Konfransı

 

Azərbaycan Milli Geofizika Komitəsi İctimai Birliyi (AMGK İB) və SOCAR Geofizika və Geologiya İdarəsi (SOCAR GGİ) Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti (ANGC) ilə birgə ABŞ-nın Neft Mühəndisləri Cəmiyyəti (SPE) konfransı çərçivəsində 16-18 oktyabr 2019-cu il tarixində  birgə beynəlxalq konfrans keçirməyi planlaşdırırlar. XI Azərbaycan Beynəlxalq Geofizika Konfransı “Xəzər dənizi və oxşar ərazilərin karbohidrogen potensialının öyrənilməsində geofiziki tədqiqatların rolu”  mövzusunda keçiriləcəkdir.
Məruzələrin tezisləri Konfransın Təşkilat Komitəsinə 2019-cu il 1 iyul tarixinədək göndərilməlidir. Tezislər məruzənin əsas məzmunu (məqsəd, nəticələr, üsullar, təkliflər) barədə tam təsəvvür yaratmaq şərtilə 2 səhifə həcmində təqdim edilməlidir. GGİ və AMGK İB-nə ayrılan kvotanın məhdud olması ilə əlaqədar, Təşkilat Komitəsi tərəfindən yenilik təşkil edən məruzələrə üstünlük veriləcəkdir. Tezis və ya müvafiq məruzələr ayrıca nəşr formasında və ya Azərbaycanda Geofizika Yenilikləri jurnalında çap ediləcəkdir. Tezisləri göndərmək üçün ünvan:
AZ 1033, Azərbaycan, Bakı, Heydər Əliyev prospekti, 83a. Təşkilat Komitəsi.
Faks: (994 12) 514 12 71
E-mail:  office.ggi@socar.az,