Əli İsmailzadə məruzə ilə çıxış etdi

2010-cu il martın 4-də GGİ-nin akt zalında Azərbaycan Milli Geofizika Komitəsinin xətti ilə Əli İsmailzadə, Geodeziya və Geofizika Beynəlxalq Cəmiyyətinin Baş Katibi, seysmologiya sahəsinə həsr olunmuş məruzə ilə çıxış etdi. Məruzə xüsusilə tələbələrlə iş çərçivəsində Azərbaycan Dövlət Neft Akademiyasının tələbələri üçün nəzərdə tutulmuşdur.

 

 

Məruzə tələbələrin maraqına səbəb olmuş və böyük diqqətlə dinlənilmişdir. Məruzə bitdiktə Ə.İsmailzadə tələbələri maraqlandıran sualları cavablandırmışdır.