79-cu hesabat sərgi-konfransı keçirilmişdir
2009-cu ilin 26-29 oktyabrında ABŞ-ın Hyuston şəhərində kəşfiyyatçı geofiziklər cəmiyyətinin (SEG) 79-cu hesabat sərgi-konfransı keçirilmişdir. Sərgidə GGİ-nin rəisi – AMGK-nın prezidenti V. Abdullayev və GGİ-nin rəis müavini – SEG-in Azərbaycandakı nümayəndəsi Y. Şıxəliyev iştirak etmişlər. SEG-in Azərbaycan bölməsi (Azəri SEG) üçün ayrılmış köşkdə ölkə geofiziklərinin son illərdə qazandığı nəaliyyətlər nümayiş etdirilmiş və rəğbətlə qarşılanmışdır. Sərgidə iştirak edən kompaniya, şirkət və institut nümayəndələri ilə yüksək səviyyədə görüşlər keçirilmiş, mövcud əlaqələrin genişləndirilməsi və yenilərinin yaradılması istiqamətində danışıqlar aparılmışdır. SEG-in prezidenti cənab Larry Lines Azəri SEG-in sərgidə iştirakını yüksək qiymətləndirmiş və öz minnətdarlığını bildirmişdir.
<