Azərbaycan Milli Geofizika Komitəsi (AMGK) 28 oktyabr 1993-cü ildə yaradılmışdır. AMGK-nin nizamnaməsinə uyğun olaraq komitənin fəaliyyəti Yer qabığı və litosferdə gedən geodinamik proseslərin öyrənilməsini, yer təkində mineral-enerji resurslarının proqnozunu, faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatının səmərəli metodikasının hazırlanmasını, Azərbaycan geofizikasının Beynəlxalq geofiziki cəmiyyətlərə inteqrasiyasını təmin etməyi, müxtəlif xarakterli tədqiqat işlərinin aparılmasını, beynəlxalq və respublika səviyyəli konfrans, simpozium və seminarların və s. təşkilini əhatə edir.
Azərbaycan Milli Geofizika Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycanın neft-qaz geologiyası və geofizikasının aktual problemlərinə aid müxtəlif təyinatlı tematik işlərin yerinə yetirilməsidir və bu işlər aşağıdakıları daxil edir: - Azərbaycanda Mezokaynozoy çöküntüləri üzrə petrofiziki tədqiqatlar Atlası; 24 000 suxur analizi əsasında düzəldilmiş bu atlasda 20-yə qədər petrofiziki parametr üzrə məlumat var.
Azərbaycan və Xəzər dənizi neftli-qazlı hövzəsi üzrə Mezokaynozoy çöküntülərinin elastiklik və sürət modelləri atlası. - Azərbaycanın neftli-qazlı depressiya zonalarının terrigen çöküntüləri üzrə termobarik parametrlər atlası. - Naxçıvan MR üzrə təbii sərvətlər və faydalı qazıntılar atlası. - Qaradəniz-Xəzər regional gömülmə zonasının dərinlik quruluşu xəritəsi. Azərbaycanın quru və dəniz əraziləri üzrə tektonik və neftqazrayonlaşdırma xəritələri. AMGK-nin fəaliyyəti çərçivəsində vacib istiqamətlərdən biri - artıq ənənə şəklini almış Azərbaycan Beynəlxalq geofizika konfranslarının keçirilməsidir. İki ildən bir keçirilən bu konfranslarda neft və qaz geologiyası və geofizikasının aktual problemləri, tematik və regional xarakterli məsələlər müzakirəyə qoyulur.
Amerikanın kəşfiyyatçı geofizikləri (SEG) cəmiyyətinin də qatıldığı bu silsilə konfranslardan birincisi 1996-cı ildə keçirilmişdir. Konfransların şifahi və stend sessiyalarından ibarət olan proqramları geofizika və geologiyanın müxtəlif bölmələrini əks edir, onlarla məruzələr dinlənilir. Yüksək səviyyədə keçirilən bu konfranslarda Azərbaycan geofiziklərinin nailiyyətləri ilə yanaşı dünyanın aparıcı neft ölkələri və şirkətlərinin də elmi və texnoloji nəticələri müzakirə edilir və geofiziki tədqiqatların beynəlxalq inteqrasiyası üçün real zəmin yaradılır.
AMGK tərəfindən həmçinin respublika əhəmiyyətli seminarlar təşkil olunmuşdur və bunlardan aşağıdakıları qeyd etmək olar: Qeyri-antiklinal tələlərdə karbohidrogen yığımlarının geofiziki kəşfiyyat üsulları ilə proqnozlaşdırılması (noyabr, 1998); Azərbaycanın neft yataqlarının işlənməsinə geofiziki kontrol (1998); “Neft daşlarının açılmasının 50 illiyinə həsr olunmuş seminar” (noyabr, 1999); Fövqəladə geoloji hadisələr (iyun, 2000); ADNSU-nun tələbələri ilə seminar-görüş (noyabr 2016); Veteran geofizik və geoloqların seminarı (iyun 2016); “Azərbaycanda neft geofizikasının inkişaf perspektivləri” (oktyabr 2018) və s.
1996-cı ildən AMGK-nin fəaliyyəti çərçivəsində Respublikada ilk dəfə olaraq periodik “Azərbaycanda geofizika yenilikləri” jurnalı nəşr edilir. Jurnalın redaksiya heyəti dərc edilən məqalə və yazıların yüksək elmi-texniki və poliqrafik səviyyəsinin qorunması üçün böyük səy göstərir. Jurnalda dərc olunan məqalələrin və xülasələrin üç dildə çap olunması onun əhatə dairəsini və oxucu auditoriyasını genişləndirərək dünyanın neft hasil edən ölkələrdə tanınmasına imkan yaradır.
AMGK-nin fəaliyyəti həmçinin bir sıra elmi-tədqiqat, tədris və sorğu kitabı xarakterli işləmələr də əhatə etmişdir: “Cənubi Xəzər çökəkliyi çökmə qatının neftqazlılıq perspektivləri” (müəlliflər – K.M.Kərimov, R.R.Rəhmanov, M.B.Xeyirov); Azərbaycan geofizikasının inkişafında xidməti olan geofiziklər haqqında “Kim kimdir” toplusunun nəşri; İngiliscə-Rusca-Azərbaycanca geofiziki terminlər lüğəti – Tərtibçi müəllif –elmlər doktoru Yusif Qəmbərov. Azərbaycanın mürəkkəb geoloji quruluşlu regionlarında neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı, mədən geofiziki işləri, eləcə də mühəndisi geoloji işlər zamanı qaçılmaz texniki-texnoloji və geoloji mürəkkəbləşmələrin qarşısının alınması üçün müvafiq təlimat və qaydalara dəqiqliklə riayət olunması tələb olunduğundan, son illər ərzində AMGK-nin xətti ilə çalışan mütəxəssislər tərəfindən bir sıra təlimatlar işlənib-hazırlanmışdır ki, bunlardan aşağıdakıları qeyd etmək olar: - “Neft və qaz quyularında geofiziki tədqiqat və işlərin aparılması üzrə texniki təlimat” hazırlanmış və istehsalata tətbiq üçün təhvil verilmişdir; - “Seysmik kəşfiyyat üzrə təlimat”; - “Qəza-ləğvetmə prosesində geofiziki işlərin aparılma qaydaları”. Hal-hazırki dövrdə də, AMGK bu istiqamətdə öz fəaliyyətini davam etdirir.
AZƏRBAYCANDA ÇÖKMƏ QATIN ÖYRƏNİLMƏSİNDƏ REGİONAL TƏDQİQATLARIN ROLU
Bulla Dəniz” Sahəsində dəniz dibinə yaxın sularda karbohidrogenlərin yayılması xüsusiyyətləri
Assessment of hydrocarbon potential based on generalized analysis of geologial and geopyshical surveys in the ajinohur possible oil and gas region
Azerbaycanda qeyri-enenivi vulkanotektonik tələlərin varlığı haqqında.
Azərbaycanın karbohidrogen ehtiyyat və resurlarinin geoloji-geofiziki məlumatlar əsasinda qiymətləndiriləsi.
Cənubi xəzər çökəkliyində karbohidrogen sistemlərinin formalaşmasının əsas xüsusiyyərləri
Challenges of statics computation in Algerian Seismic data.
Digital Modeling of gradients for solving structural problems and direct hydrocarbons search.
Empowering exploration studies with seismic data analysis tools.
Evolution of the south caspian basin evidence from offshore sismic and onshore active tectonics
Forecasting of petrophysical properties of reservoir rocks and deposits of the south caspian basın
İntegration of rock physics and deep machine learning for reservoir
KARBOHİDROGEN YATAQLARININ LİTOLOJİ-FASİAL VƏ SƏMƏRƏLİ İŞLƏNMƏ MODELLƏRİ.
MODERN SEISMIC PREDICTION WORKFLOWS AND ITS AUTOMATIZATION TOOLS.
MÜASİR QRAVİ-MAQNİTOMETRİK CİHAZLARIN TƏTBİQİ İLƏ YERİNƏ YETİRİLMİŞ TƏDQİQATLAR VƏ ONUN NƏTİCƏLƏRİ HAQQINDA.
NEW SEISMIC ACQUISITION TECHNIQUES AND TECHNOLOGIES OPPORTUNITIES AND CHALLENGES.
Noise Attenuation in seismic reflection (Huge science & Big challenge) Case Study.
PERFORMACE CAPABILITY OF ADVANCED COMPLEX LWD DATA INTERPRETATION IN HORIZONTAL WELLS FOR RESERVIOR ESTIMATION AND RIG COST OPTIMIZATION.
PREDICTING FLUVIAL RESERVOIR FACIES DISTRIBUTION BY APPLYING ADVANCED SEISMIC RESERVOIR CHARACTERIZATION TOOLS TO UZBEKNEFTEGAZ ASSETS.
SEISMIC DIRECT HYDROCARBON INDICATORS IN OIL AND GAS EXPLORATION
SEYSMİK KƏŞFİYYATLA NEFT VƏ QAZ YATAQLARININ BİRBAŞA
SEYSMİK VƏ QUYU MƏLUMATLARI ƏSASINDA BULLA-DƏNİZ YATAĞININ QIRMƏKİALTI LAY DƏSTƏSİNƏ GÖRƏ GEOLOJİ QURULUŞUNUN DƏQİQLƏŞDİRİLMƏSİ, AXTARIŞ-KƏŞFİYYAT İŞLƏRİNİN İSTİQAMƏTLƏRİ
STUDY OF RADON GAS DISTRIBUTION IN OIL AND GAS PRODUCING AREAS OF ABSHERON PENINSULAİ
The potential of a counseled multi-dimensional data regularization (5D) in Common Offset Volumes seismic processing (case study)
TVALUE OF SEISMIC INFORMATION IN HYDROCARBON EXPLORATION
YENİ NÖV QUYU CİHAZLARI İLƏ APARILAN TƏDQİQAT İŞLƏRİNİN NƏTİCƏLƏRİ
YENİ QUYU-GEOFİZİKİ TƏDQİQAT ÜSULLARININ TƏTBİQ NƏTİCƏLƏRİ
YEVLAX-AĞCABƏDİ ÇÖKƏKLİYİ ZONASINDA MAYKOP ÇÖKÜNTÜLƏRİNİN TOPLANMA ŞƏRAİTİ, LİTOFASİYASI VƏ MİNERALOJİ XÜSUSİYYƏTLƏRİ
АВТОМАТИЗАЦИЯ ПРОЦЕССОВ ОБРАБОТКИ И ИНТЕРПРЕТАЦИИ ДАННЫХ ГИС УНИКАЛЬНЫХ МЕСТОРОЖДЕНИЙ В РАМКАХ МОДЕЛИРОВАНИЯ ДЛЯ ПОДСЧЁТА ЗАПАСОВ.
АНАЛИЗ СОВРЕМЕННОЙ АЛГОРИТМИЧЕСКОЙ БАЗЫ ИНТЕРПРЕТАЦИИ HI-TECH МЕТОДОВ ГИС ПРИ ПРОГНОЗИРОВАНИИ ТРЕЩИНОВАТОСТИ ПУТЁМ СОВОКУПНОГО АНАЛИЗА СКВАЖИННЫХ И СЕЙСМИЧЕСКИХ ДАННЫХ.
ГЕОДИНАМИЧЕСКИЕ УСЛОВИЯ ФОРМИРОВАНИЯ ЛИТОСФЕРЫ ЮЖНЕЕ СКИФСКО-ТУРАНСКОЙ ПЛАТФОРМЫ (ПЕРЕХОДНАЯ ЗОНА ОТ СКБ К ЮКБ).
ИСПОЛЬЗОВАНИЕ ТЕПЛОВЫХ ИСТОЧНИКОВ ПРИ ИНТЕНСИФИКАЦИИ ДОБЫЧИ НЕФТИ И ГЕОФИЗИЧЕСКОЙ ДИАГНОСТИКЕ СОСТОЯНИЯ СКВАЖИНЫ И ПЛАСТА.
КОЛИЧЕСТВЕННАЯ ИНТЕРПРЕТАЦИЯ ИССЛЕДОВАНИЙ ПРИ ОСВОЕНИИ И ЭКСПЛУАТАЦИИ СКВАЖИН С ИСПОЛЬЗОВАНИЕМ СИМУЛЯТОРА ТЕРМОГИДРОДИНАМИЧЕСКИХ ПРОЦЕССОВ.
НОВЫЕ ПОДХОДЫ ОБРАБОТКИ ДАННЫХ ЯДЕРНО-ФИЗИЧЕСКИХ МЕТОДОВ ПРИ ОПРЕДЕЛЕНИИ ТЕКУЩЕЙ НЕФТЕНАСЫЩЕННОСТИ И ОЦЕНКИ ЛИТОЛОГИЧЕСКОГО СОСТАВА ГОРНЫХ ПОРОД.
О ВЛИЯНИИ СЕЙСМИЧНОСТИ НА ДИНАМИКУ ПРОДУКТИВНОСТИ НЕФТЕГАЗОВЫХ СКВАЖИН.
Применение высокоразрешающей полно-азимутальной технологии обработки сейсмических данных ES360-VA для детализации терригенных и карбонатных коллекторов, залегающих в сложных геологических условиях.
РЕЗУЛЬТАТЫ КОМПЛЕКСНОЙ ИНТЕРПРЕТАЦИИ СЕЙСМОРАЗВЕДОЧНЫХ И СКВАЖИННЫХ ДАННЫХ НА ПЛОЩАДИ ГЮРГАН-ДЕНИЗ.
СОЗДАНИЕ ЛИТО-ФАЦИАЛЬНОЙ МОДЕЛИ КАНАЛОВ И РУСЕЛ НА ОСНОВАНИИ МАТЕРИАЛОВ ГИС, КЕРНА И СЕЙСМИЧЕСКИХ МАТЕРИАЛОВ НА ПРИМЕРЕ МЕСТОРОЖДЕНИЙ ЮЖНО-ТОРГАЙСКОГО БАССЕЙНА.
УВЕЛИЧЕНИЕ ДОБЫЧИ ГАЗА ПУТЕМ УСИЛЕНИЯ ГЕОЛОГОРАЗВЕДОЧНЫХ РАБОТ В ЗАПАДНОЙ ЧАСТИ РЕСПУБЛИКИ УЗБЕКИСТАН С ПРИМЕНЕНИЕМ ЦИФРОВЫХ РЕШЕНИЙ.
УВЕЛИЧЕНИЕ МАГНИТНЫХ ПАРАМЕТРОВ В НЕФТЕНАСЫЩЕННЫХ.
ЭФФЕКТИВНЫЕ МЕТОДЫ ГИС ДЛЯ ОПРЕДЕЛЕНИЯ ЗАКОЛОННОЙ ЦИРКУЛЯЦИИ ЖИДКОСТИ.
ЯДЕРНО-МАГНИТНЫЕ ИССЛЕДОВАНИЯ И СПОСОБЫ ОБРАБОТКИ МНОГОМЕРНЫХ ЗАМЕРОВ КАК ВЫСОКОЭФФЕКТИВНЫЙ ИНСТРУМЕНТ СНИЖЕНИЯ НЕОПРЕДЕЛЕННОСТИ ПРИ ВЫДЕЛЕНИИ КОЛЛЕКТОРОВ И ОЦЕНКЕ ИХ НАСЫЩЕНИЯ.
3D SEISMIC INTERPRETATION OF MARS FIELD OFFSHORE DAHOMEY BASIN NIGERIA
3D SEYSMIK MƏLUMATLARININ ATRIBUT ANALIZI İLƏ QAZANBULAQ SAHƏSİNDƏ II QAZANBULAQ HORİZONTU ÜZRƏ KOLLEKTORLARIN YAYILMA AREALININ PROQNOZLAŞDIRILMASI
ABŞERON YARIMADASININ GEOTERMAL ENERJİ RESURSLARI
BŞERONUN CƏNUB-QƏRBİNDƏ OLİQOSEN-MİOSEN ÇÖKÜNTÜLƏRİNDƏ KARBOHİDROGENLƏRİN GENERASİYA MƏRKƏZLƏRİ VƏ TOPLANMA ŞƏRAİTLƏRİ
ACINOHUR RAYONUNUN QRAVİTASİYA SAHƏSİNİN RƏQƏMSAL TƏHLİLİ VƏ DƏRİNLİK QURULUŞU
AACINOHUR ÖN ÇÖKƏKLİYİNİDƏ QRAVİMETRİK MƏLUMATLARIN TƏHLİLİ VƏ GƏLƏCƏK AXTARIŞ-KƏŞFİYYAT İŞLƏRİNİN İSTİQAMƏTLƏNDİRİLMƏSİ
ANOMAL YÜKSƏK LAY TƏZYİQİNİN DƏYİŞMƏ XÜSUSİYYƏTLƏRİNİN GEOFİZİKİ ÜSULLARLA TƏDQİQİ (Aşağı Kür çökəkliyi timsalında)
ANOMAL YÜKSƏK MƏSAMƏ TƏZYİQLİ SAHƏLƏRDƏ GİLLİ KOLLEKTORLARIN DİAQNOSTİKASI
BAKI ARXİPELAQI ƏRAZİSİNDƏKİ PALÇIQ VULKANLARININ GEOLOJİ-GEOFİZİKİ TƏDQİQATLARININ ANALİZİ
BİNƏQƏDİ YATAĞININ MƏHSULDAR LAYLARININ PETROFİZİKİ MODELLƏŞDİRİLMƏSİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ
DAŞKƏSƏN DƏMİR FİLİZ TULLANTILARININ ƏTRAF MÜHİTƏ TƏSİRİİ
DDEEP TECTONIC STRUCTURE AND OIL-GAS PROPERTIES OF THE LOWER KURA DEPRESSION
GEOFİZİKİ VƏ GEOLOJİ MƏLUMATLAR ƏSASINDA HÖVSAN YATAĞININ ŞƏRQ HİSSƏSİNİN RƏQƏMSAL 3D-GEOLOJİ MODELİNİN QURULMASI
GƏNCƏ NQR-NİN NAFTALAN-ŞİMALİ NAFTALAN SAHƏSİNDƏ APARILMIŞ ÜÇÖLÇÜLÜ SEYSMİK KƏŞFİYYAT İŞLƏRİNİN NƏTİCƏSİNDƏ SAHƏNİN STRATİQRAFİYA VƏ LİTOLOGİYASININ ÖYRƏNİLMƏSİ
İÇİK MÜQAVİMƏTLİ KOLLEKTORLARININ XÜSUSİYYƏTLƏRİ VƏ ONLARIN NEFTQAZDOYUMLULUĞUNUN QİYMƏTLƏNDİRİLMƏSİ
KÜR VƏ QABIRRI ÇAYLARARASI NQR-NİN ŞİMAL-QƏRB ZONASINDA ÜST TƏBAŞİR VƏ PALEOGEN ÇÖKÜNTÜLƏRİNİN LİTOFASİYAL XÜSUSUİYYƏTLƏRİ VƏ QALINLIQLARININ TƏHLİLİ
MƏDƏN GEOFİZKİ MƏLUMATLARININ MÜASİR PROQRAM TƏMINATI İLƏ İNTERPRETASİYASI NƏTİCƏLƏRİNİN TƏHLİLİ
EAR-SURFACE GEOTHERMAL SYSTEMS AND THEIR USAGE PROSPECTS
QEYRİ-BİRCİNS NEFTLİ LAYLARIN İŞLƏNMƏSİNİN EFFEKTİVLİYİNİN YÜKSƏLDİLMƏSİ YOLLARI
QGT MƏLUMATLARINA GÖRƏ ÇÖKÜNTÜTOPLANMA ŞƏRAİTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
QURU-DƏNİZ KEÇİD ZONALARDA SEYSMİK KƏŞFİYYAT İŞLƏRİNİN YERİNƏ YETİRİLMƏ XÜSUSİYYƏTLƏRİ
TƏRSDƏLLƏR SAHƏSİNİN MİOSEN ÇÖKÜNTÜLƏRİNİN
YANAR ŞİST YATAQLARININ GEOFİZİKİ ÜSULLARLA AXTARIŞININ PERSPEKTİVLİ İSTİQAMƏTLƏRİ
RESPUBLİKAMIZDA DƏRİN QATLARIN KARBOHİDROGEN POTENSİALININ ÖYRƏNİLMƏSİNDƏ KOMPLEKS GEOFİZİKİ KƏŞFİYYATIN ROLU.
ЗАКОНОМЕРНОСТИ ИЗМЕНЕНИЯ СВОЙСТВ И СОСТАВА НЕФТЕЙ.
ЗНАЧЕНИЕ ЭФФЕКТИВНОЙ НЕФТЕНАСЫЩЕННОЙ ТОЛЩИНЫ В ОБЪЕКТИВНОЙ ОЦЕНКЕ ЗАПАСОВ УГЛЕВОДОРОДОВ.
ИСПОЛЬЗОВАНИЕ НЕЙРОСЕТЕВЫХ ТЕХНОЛОГИЙ ДЛЯ ИНТЕРПРЕТАЦИИ ДАННЫХ МАГНИТНОЙ ИНТРОСКОПИИ ПРИ КОНТРОЛЕ ТЕХНИЧЕСКОГО СОСТОЯНИЯ ОБСАДНЫХ КОЛОНН.
ОПРЕДЕЛЕНИЕ СТРАТИГРАФИЧЕСКОГО ВОЗРАСТА ТВЕРДЫХ ВЫБРОСОВ ГРЯЗЕВОГО ВУЛКАНА ДАШГИЛ ПО ДАННЫМ НЕЙТРОННО-АКТИВАЦИОННОГО И ГАММА-СПЕКТРОМЕТРИЧЕСКОГО АНАЛИЗОВ.
ПЕТРОФИЗИЧЕСКИЕ ОСНОВЫ КОЛИЧЕСТВЕННОЙ ОЦЕНКИ КОЛЛЕКТОРОВ.
ПРОГНОЗИРОВАНИЕ УГЛЕВОДОРОДНЫХ КОЛЛЕКТОРОВ БОЛЬШИХ ГЛУБИН ОСАДОЧНОГО ЧЕХЛА (НА ПРИМЕРЕ МЕСТОРОЖДЕНИЙ БАКИНСКОГО АРХИПЕЛАГА).
ЭВОЛЮЦИЯ МОДЕЛЕЙ ОЧАГОВЫХ ЗОН ЗЕМЛЕТРЯСЕНИЙ.
Amerika Birləşmiş Ştatlarının Kəşfiyyatçı Geofiziklər Cəmiyyəti (SEG) tərəfindən 2018-ci il üçün ən yaxşı məruzəçi seçilmiş, SEG Qadınlar Cəmiyyətinin sədri, ABŞ-nın SPE Cəmiyyətinin Qadınlar Komitəsinin Məsləhətçisi xanım Maria Angela Kapello 2019-cu il noyabrın 2-də Azərbaycanda neft sənayesində fəaliyyət göstərən mütəxəssis-qadınlarla görüş keçirmişdir. Görüş BP Xəzər Mərkəzində keçirilmişdir.
22 may 2019-cu il tarixində SOCAR-ın Geofizika və Geologiya İdarəsi və Azərbaycan Milli Geofizika Komitəsi İB-nin təşkilatçılığı ilə gənc geofizik-geoloq mütəxəssis və tələbələrlə seminar-görüş keçirilmişdir. Artıq bir ənənə halını almış bu seminar GGİ-nin akt zalında bu sahənin aparıcı müəllim və mütəxəssislərinin, həmçinin BDU və ADNSU tələbələrinin iştirakı ilə baş tutmuşdur. Seminarın əsas məqsədi geoloq və geofizik ixtisaslarına yiyələnmək istəyən tələbələrdə təhsilə olan marağı artırmaq, gənc mütəxəssisləri elmi-texniki araşdırmalara, öz peşəkarlıqlarını artırmağa sövq etmək idi.
Geofizika və Geologiya İdarəsi (GGİ), Azərbaycan Milli Geofizika Komitəsi İB (AMGK İB) və “Azərbaycanda geofizika yenilikləri” jurnalının redaksiya heyəti 23 oktyabr 2018-ci ildə “Azərbaycanda neft geofizikasının inkişaf perspektivləri” mövzusunda seminar keçirmişlər. Seminarın işində Respublikanın 50-dən çox aparıcı geofizik və geoloq, alim və mütəxəssisləri, bir sıra xarici şirkət nümayəndələri iştirak etmişlər.
1-3 noyabr 2017-ci il tarixində Bakıda gözəl bir məkanda X Azərbaycan Beynəlxalq Geofizika konfransı keçirilmişdir. Artıq ənənə şəklini almış bu tədbirin keçirilməsində Azərbaycan Milli Geofizika Komitəsi İB, SOCAR-ın Geofizika və Geologiya İdarəsi, ABŞ-ın Kəşfiyyatçı Geofiziklər Cəmiyyəti (SEG), ABŞ-ın Neft Mühəndisləri cəmiyyəti (SPE), Respublikanın müvafiq geofiziki və geoloji qurumları, nüfuzlu beynəlxalq neft və geofiziki təşkilatları aktiv iştirak etmişdir.
4-6 noyabr 2015-ci il tarixində Azərbaycan Milli Geofizika Komitəsinin təşkilatçılığı ilə ənənəvi IX Azərbaycan Beynəlxalq Geofizika Konfransı keçirilmişdir. Konfrans Neft Mühəndisləri Cəmiyyəti (SPE) ilə birlikdə, Amerika Birləşmiş Ştatlarının Kəşfiyyatçı Geofiziklər Cəmiyyətinin (SEG) dəstəyi ilə Bakının gözəl məkanlarından biri olan “Fairmont” otelində keçirilmişdir.